Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda taksi sürücülərinin yer üstündə davası ölümlə nəticələndi

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda taksi sürücülərinin yer üstündə dava etməsi ölümə səbəb olub. 

Press.az-ın Binəqədi Rayon Prokurorluğundan əldə etdiyi məlumata görə, Nizami Ağayev digər taksi sürücüsü Yaşar Ağayevlə avtomobilin saxlanma yeri üstündə mübahisə edib. 

Nəticədə onlar arasında dava baş verib. 

Dava zamanı Y. Ağayev N. Ağayevi yerə yıxıb. Hadisə nəticəsində N. Ağayev aldığı xəsarətlərdən vəfat edib. 

Y. Ağayev saxlanılıb. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI