Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Press.az xəbər verir ki, nəticələr SMS vasitəsilə müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına göndərilib.

Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları http://portal.edu.az/ platformasında yerləşən “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 9 – 13 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

  • attestatın əsli;
  • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Oxşar xəbərlər
OTACI