Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın hərbi attaşesi "TurAz Şahini - 2021" təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb-FOTO

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Respublikasının qardaş ölkədəki hərbi attaşesi polkovnik Müşviq Məmmədov təlimlərdə iştirak edən şəxsi heyətlə görüşüb.

Bu barədə Press.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əvvəlcə aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz ilə görüşən polkovnik Müşviq Məmmədov vurğulayıb ki, bu təlimlərdə iki qardaş ölkənin hərbçiləri arasında geniş təcrübə mübadiləsinin aparılması çox əhəmiyyətlidir.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Görüşdən sonra hərbi attaşe aerodroma gələrək uçuş və texniki heyətlə görüşüb, təlimin gedişi ilə maraqlanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər
OTACI