Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Birinci MDB Oyunları: Azərbaycan komandası 39 medal qazanıb

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Azərbaycan komandası aktivinə daha 2 medal əlavə edib.

Press.az xəbər verir ki, tayboksçumuz Rəvan Ağazadə (67 kq) qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençikə uduzduğuna görə gümüş medalla kifayətlənib.

Digər gümüş medalı badminton komandamız qazanıb. Turnir cədvəlini 2-ci sırada başa vuran milli komanda gümüş medala layiq görülüb.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 39 (11 qızıl, 9 gümüş və 19 bürünc) medal var.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI