Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Ordusunun müasir hərbi texnika və silah-sursatla təchizatı prioritet xərc istiqamətlərindən birini təşkil edəcək

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizəsi və müdafiəsinin təşkili, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin komplektləşdirilməsi, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək.

Press.az-ın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Sənəddə qeyd edilib ki, bununla yanaşı, ordu quruculuğu sahəsində aparılacaq islahatlar çərçivəsində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silahsursatla təchizatı, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması ortamüddətli dövr ərzində prioritet xərc istiqamətlərindən birini təşkil edəcək.

Oxşar xəbərlər
OTACI