Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nərminin anası: "Qızımı İlkin Süleymanov və onun ailə üzvləri qətlə yetirib"

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.

Müdafiə tərəfi N.Quliyevanın qəbrinin açılaraq yenidən ekspertiza keçirilməsini istəyib.

Daha sonra zərərçəkmiş tərəf N.Quliyevanın anası Aynurə İsmayılova etiraz edib. O bildirib ki, qızını İ.Süleymanov və onun ailə üzvləri qətlə yetirib: "Qızımın ölümündə onların da əli var".

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

16.01

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəməsi keçirilir.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Nərmin Quliyevanın yaxınlarının növbəti dəfə dindirilməsi olacaq.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Report

Oxşar xəbərlər
OTACI