Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sevdiyi qıza görə özünü öldürən yeniyetmənin sevgilisi də intihar edib?

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir neçə gün əvvəl Ağcabədi rayonunda intihar edən 2005-ci il təvəllüdlü Aqşin Əliyevin sevgilisinin də canına qəsd etdiyi bildirilib. 

Bu barədə sosial şəbəkələrdə iddialar yer alıb. 

Bildirilib ki, 15 yaşlı yeniyetmə qız valideynləri onu başqası ilə evləndirmək istədiyi üçün intihar edib. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədidə 15 yaşlı qızın intiharı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bu barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olmayıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağcabədi rayonun Aşağı Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Aqşin Əliyev özünü kənd ərazisindən keçən Qarabağ kanalına ataraq intihar edib.

Onun intiharına səbəb sevdiyi qızın başqası ilə ailə həyatı qurmağa məcbur edilməsi olub. O, canına qəsd etməzdən öncə intihar etdiyi ərazidə video da çəkib.

Oxşar xəbərlər
OTACI