Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik rəsmisi: “Sertifikasiyası bitmiş tibb işçisi praktiki tibbi fəaliyyətə buraxıla bilməz”

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sertifikasiyası bitmiş tibb işçisi praktiki tibbi fəaliyyətə buraxıla bilməz”.

Press.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

O bildirib ki, həkimlər bu məsələdə məsuliyyətli olmalıdırlar:

“Sertifikatın bitməsinə bir ay qalmış onlara göndəriş gəlməlidir. Buna qədər həkimlər məsuliyyətli olmalı, müəssisə rəhbərliyi nəzarət etməlidir ki, həkimlər təkmilləşdirmə kurslarına vaxtında getsinlər. Qanunvericiliyə uyğun olaraq sertifikasiya imtahanından keçmək mütləqdir”.

Birinci növbədə tibb işçiləri hər bir ixtisas üzrə sınaq imtahanında iştirak üçün bir gün öncədən qeydiyyatdan keçməlidir:

“Suallarla tanışlıq, mövzular barədə məlumatlı olmaq üçün bu çox faydalıdır. Hansısa sahədə yardım lazımdırsa, bizim həmkarlarımız tibb işçilərini imtahana da hazırlaşdıra bilərlər”.

Oxşar xəbərlər
OTACI