logo
First slide

Abşeron yarımadasında təhlükəli kəpənək sürüsü yayıldı - FOTO

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeron yarımadasında təhlükəli kəpənək sürüsü peyda olub.

Açıq qəhvəyi rəngli və nisbətən kiçik ölçülü kəpənəklər gecə saatlarından ərazidə yayılıb. Kəpənəklər həyətlərdə və havada sürü şəklində hərəkət edir. Kəpənəklərin zərərverici olduğu ehtimal edilir.

Bu həşəratların Bakıətrafı ərazilərdə də sürü halında göründüyü deyilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin kəpənəklər zərərvericilərdir: "Bu kəpənəklər 5-6 ildən bir kütləvi çoxalmağa başlayır. Bu da yəqin ki kütləvi artım dövrünə düşdüyü üçün əsasən Abşeron yarımadasında sürü halında yayılıb. Əsasən xəzri küləyi zamanı yayılır. Bunlar zərərverici kəpənəklərdir, adı da "çayır odlucası"dır. Bu kəpənəklər bitkiləri məhv edir. Bitkilərin yarpaqlarını yeyir, tumurcuq və çiçəklərini məhv edir".

İnstitutdan bildiriblər ki, cayır kəpənəyi odlucalardan olub polifaq zərərvericidir. Bir çox kənd təsərrüfatı bitkilərinə zərər vurur. Erkəkləri 18-20 mm, dişiləri 25 mm-ə qədər olur. Qanadları qəhvəyimtildir. 1 ildə 2-5 dəfə nəsil verir. Bitkilərin yarpaqları, tumurcuqları və çiçəkləri ilə qidalanır. Kütləvi çoxalma dövründə kənd təsərrüfatı bitkilərinə böyük zərər vurur. Halhazırda yetkin fərdlərin çıxış dövrü olduğu üçün onlarla kimyəvi mübarizə aparmağın əsl vaxtıdır. Müxtəlif insektisidlərdən istifadə etmək lazımdır.

Məlumatda bildirilir ki, Abşeronda bu il bərabərqanadlılarından mənənələrin də kütləvi artım dövrü olub.

Oxşar xəbərlər
OTACI
OTACI