Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gündən MİQ üzrə apellyasiya müsahibələri başlayır

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dair apellyasiya müsahibələrinə start verilir.

Təhsil Nazirliyindən Press.az-a bildirilib ki, 365 namizədin dəvət olunduğu apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərini əhatə edəcək.

Apellyasiya müsahibələri “Microsoft Teams” platforması üzərindən təşkil olunur. Namizədlər elektron poçt ünvanlarına göndərilən link vasitəsilə müsahibələrə qoşulacaqlar.

Qeyd edək ki, müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi avqustun 18-26-da keçirilib.

Oxşar xəbərlər
OTACI