Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Məclisdə COVID-19-la bağlı dinləmə keçiriləcək, TƏBİB rəhbərliyi parlamentə dəvət olunacaq

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.

Bunu Report-un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək: “TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.

Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payz sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.

Oxşar xəbərlər
OTACI