Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəki şəhərində piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb-FOTO

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində yolu keçən piyada Vüqar Süleymanov müəyyən olunmamış avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Oxşar xəbərlər
OTACI