Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Masallı sakini 9 kq narkotiklə saxlanılıb

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Musaküçə kənd sakini Q.Bayramov saxlanılıb.

Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə becərdiyi yaş halda çəkisi 9 kiloqram olan 3 ədəd narkotik xassəli çətənə kolu, həyətdəki yardımçı tikilidən isə 370 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər
OTACI